Rusiyanın Novorossiysk limanında Türkiyədən ixrac olunmuş 20 ton naringi saxlanılıb. SİA xəbər verir ki, bu barədə "vesti.ru" saytı məlumat verib. Məlumata görə, Rusiyanın Krasnodar və Adıgey vilayətləri üzrə kənd təsərrüfatına nəzarət idarəsindən belə bir gülünc iddia irəli sürülüb ki, Türkiyədən Rusiyaya göndərilən naringilər Aralıq dənizində mövcud olan yumurtalı milçək virusuna yoluxdurulub.
Türkiyəli iş adamaları bu ittihamdan təəccüblənərək sual ediblər ki, nəyə görə hazırkı dövrə qədər Türkiyədən Rusiyaya göndərilən naringilərdə bu cür viruslar aşkar olunmayıb. Lakin onların suallarına konkret cavablar verilməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB