Aytən Mustafayeva: “Ekstremistlərə qarşı ciddi və sərt addımlar atılmalıdır” AÇIQLAMA
"Bu gün Nardaranda yaşayan insanların hüquqları radikal ekstremistlər tərəfindən pozulub. Çünki xaricdən gələn ekstremist qruplar həmin insanların həyatına girərək onların şüurlarını öz təsiri altında saxlayıblar. Bu, sanki əsirlikdən xəbər verir". Bunu SİA-ya AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva radikal ekstremistlər tərəfindən insanların hüquqlarının pozulması amillərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir: "Ekstremistlər din amilindən istifadə edərək dinc əhalini, adi insanları öz təsirləri altına sala biliblər. Biz hamımız Nardaranda baş verənləri televiziya vasitəsilə izlədik. Hətta orada azyaşlı uşaqlar da bu ektremist cərəyana, hadisələrə cəlb olunublar. Bu istiqamətdə çox ciddi və sərt addımlar atılmalıdır. Hesab edirəm ki, sərt addımlar insan hüquqlarının qorunması naminə aparılmalıdır. Bu ekstremist cərəyanların qarşısı alınmalıdır ki, normal həyata qayıtsınlar. Beləcə onların şüurları təmizlənsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB