Fəttah Heydərov parlamentin Hesablayıcı komissiyasına üzv seçildi

Fəttah Heydərov parlamentin Hesablayıcı komissiyasına üzv seçildi

V çağırış Milli Məclisin Hesablayıcı komissiyasının tərkibində dəyişiklik edilib. SİA-nın məlumatına görə, Parlametin bu gün keçirilən plenar iclasında müzakirədən sonra Milli Məslisin Daxili Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq komissiyaya yeni üzv seçilib. Belə ki, Elm və təhsil komitəsinin sədri seçilməsi ilə əlaqədar olaraq İsa Həbibbəyli Hesablayıcı komissiyanın tərkibindən çıxarılıb. Müvafiq maddəyə uyğun olaraq Fəttah Heydərov Hesablayıcı komissiyanın üzvü təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə