Musa Quliyev: “Milli Şura” siyasi cəhətdən vərəmli bir xəstədir" AÇIQLAMA

Musa Quliyev: “Milli Şura” siyasi cəhətdən vərəmli bir xəstədir" AÇIQLAMA

"Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, bəzi ağır xəstəliklər olan – QİÇS, vərəm və s. kimi siyasi xəstəlik bu insanların psixologiyasını pozub: "Beləcə insanlar istəyir ki, öz vərəm, QİÇS xəstəliyini başqasına da yoluxdursun. Bu gün "Milli Şura" siyasi cəhətdən vərəmli bir xəstədir. Məhz ona görə də onlar istəyirlər ki, ölkədə pis hadisələr olsun, hətta olmayan hadisələri belə pis hadisə kimi qələmə versinlər və rahat olsunlar. Bu qondarma qurum psixoloji, ideoloji cəhətdən xəstə bir vəziyyətdə olan insanların toplaşdığı bir yerdir. Ona görə də "Milli Şura"nın hər hansı bir bəyanatının, toplantısının, qərarının nə Azərbaycana, ölkə reallığına, nə də Azərbaycan xalqına aidiyyatı yoxdur".

M.Quliyev əlavə edib ki, onların istədikləri odur ki, nə olur-olsun Azərbaycanda vəziyyət həmişə pis olsun, qarışıqlıq olsun: "Beləcə bu insanlarda bundan bəhrələnsinlər. Bu şəxslər düşmənçilik niyyətlərini açıb ortaya qoyurlarsa, deməli onların söylədikləri erməninin söylədiklərindən, düşündüyündən heç bir fərqi yoxdur. Məhz ona görə də bunların xalq arasında heç bir nüfuzu, hörməti yoxdur. Onlar heç öz aralarında bir-birlərinə hörmət etmirlər. Müəyyən xarici qurumlar (missioner və s.) var ki, erməni siyasətini dolayısı yolla burada həyata keçirmək istəyirlər. Həmin "Milli Şura" onların sifarişi əsasında, onlardan aldığı pullar əsasında bu sözləri, fikilərini söyləyirlər. Təbii ki, bunu da Azərbaycan xalqı yaxşı bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə