Aytən Mustafayeva: “Radikal ekstremistlər xaricdən qidalanırlar" AÇIQLAMA
"Hesab edirəm ki, din pərdəsi altında radikal ekstremistlərin qabağını çoxdan almaq lazım idi. Çünki biz cəmiyyətdə bu kimi məsələlərin qabardılmasını çoxdan görürük. Tək Nardaranda baş verən hadisələr deyil, ümumiyyətlə Azərbaycanda dini təriqətlərin çox olması və bu dini təriqətlər arasında radikalların çoxluğu özünü daha çox göstərir. Təbii ki, bu, ictimai asayiş, təhlükəsizlik üçün böyük ziyan gətirən amillərdir". Bunu SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.
Onun sözlərinə görə, dini və başqa bu kimi azadlıqlar cəmiyyətin təhlükəsizliyinə zərər gətirə biləcək məqama çatdıqda bitir: "Bu, hətta Avropa Konvensiyasının 9-cu maddəsində də göstərilir. Təbii ki, dini məsələləri hansısa siyasi cərəyanlara çevirmək cəmiyyətin təhlükəsizliyinə qarşı zərbə kimi ola bilər. Biz bilirik ki, Azərbaycan son vaxtlar dünyada baş verən hadisələrdən və onun fəsadlarından özünü qoruyur. Hesab edirəm ki, din pərdəsi altında fəaliyyət göstərən radikal ekstremistlər xaricdən qidalanırlar. Düşünürəm ki, siyasi sıçramaların qarşısı mütləq alınmalıdır. Bu qurumların dinə heç bir aidiyyatı yoxdur. Din həmişə sülhə, əminamanlığa, insansevərliyə çağırır. Bu isə aqressiv, radikal hansısa qruplardır. Onların ayrı yaşamları, dünyəvi qanunları, vətəndaş cəmiyyətinin qanunlarını qəbul etməmələri çoxdan tələb edirdi ki, onlarla qanunsuz dildə danışıqlar olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB