“YAP Azərbaycanın milli maraqlarını əks etdirən siyasi qurumdur” AÇIQLAMA

“YAP Azərbaycanın milli maraqlarını əks etdirən siyasi qurumdur” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının (YAP) yaranması müasir Azərbaycanın tarixində ən mühüm, vacib hadisələrdən biri idi". Bunu SİA-ya YAP-ın üzvü, millət vəkili Səməd Seyidov hakim partiyanın yaranmasının 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, 23 il bundan əvvəl Azərbaycanda ilk və sözün əsl mənasında bütün standartlara cavab verən siyasi partiya yarandı: "Çünki ona kimi Azərbaycanda sadəcə olaraq siyasətlə məşğul olmaq cəhdləri göstərilmişdi. Ancaq real xalqı və xalqla-iqtidarı birləşdirən siyasi qurum mövcud deyildi. Ümummilli Liderin ən böyük nailiyyətlərindən, gördüyü işlərdən biri də məhz belə bir partiyanın yaranması idi. Bu partiya yalnız faktiki hansısa siyasi həmfikirləri birləşdirən partiya deyildi, əksinə YAP xalqı birləşdirən partiya idi. Xalqın birliyi, gücü ilə bəhrələnən siyasi qurum Azərbaycanda artıq 23 il mövcuddur. Niyə? Çünki bunun da konkret səbəbləri var. Ona görə ki, bu siyasi partiya Ulu Öndərin fəlsəfəsinə söykənən, onun ideyaları ilə yaşayan və onun ideyalarını inkişaf etdirən bir siyasi partiyadır. Ümummilli Liderin "YAP bu günün, sabahın və gələcəyin partiyasıdır" sözləri, kəlmələri həqiqətdir. Ona görə həqiqətdir ki, YAP xalqın gücünə, xalqla-iqtidarın birliyinə söykənən, özündə inkişafı, rifahı, yeniliyi və ən vacib Azərbaycanın milli maraqlarını əks etdirən siyasi qurumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə