PA rəsmisi: “Azərbaycanın dünya miqyasında qazandığı imici göstərir”

PA rəsmisi: “Azərbaycanın dünya miqyasında qazandığı imici göstərir”

"Fransada YUNESKO-nun 70 illiyi ilə bağlı liderlərin forumu keçirildi. Heç şübhəsiz ki, YUNESKO dünyanın ən tanınmış təşkilatlarından biridir. 1994-cü ildən Azərbaycan bu təşkilatla sıx əlaqə qurub". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, indiyədək YUNESKO ilə Azərbaycan arasında bir sıra sazişlər imzalanıb: "Prezident İlham Əliyevin zamanında daha böyük əməkdaşlığa nail olunub. Azərbaycanla YUNESKO arasında gözəl əməkdaşlıq əlaqələri yaradılıb. Prezident İlham Əliyevin Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü nəticəsində yaranmış qaçqın problemi, idmanla, iqtisadiyyatla və s. bağlı geniş nitqi oldu. Azərbaycan Prezidentinin hərtərəfli çıxışı iştirakçılarda ölkəmizlə bağlı obyektiv fikir formalaşdırdı. Belə tədbirlər Azərbaycanın dünya miqyasında qazandığı imici göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə