Sabah Yeni Azərbaycan Partiyasının 23-cü ildönümü qeyd olunacaq. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) çox qısa bir müddətdə geniş xalq kütlələrinin böyük rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilib.Yaradılmasının iyirmi üçüncü illiyi qeyd edilən YAP milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib. Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 23 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib.
SİA-nın məlumatına görə, ümumxalq partiyasına çevrilən, 650 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ulu Öndərin YAP haqqında dediyi "dünənin, bu günün və gələcəyin partiyası" fikirləri bu gün də uğurla reallaşmaqdadır.
Şəhərdə çəkiliş apardığımız zaman sadə vətəndaşlar, ziyalılar, gənclər YAP-ın qurucusu olan Ulu Öndər Heydər Əliyevin zəhmətini yüksək qiymətləndirib və kursun davamçısı olan cənab Prezident, YAP-ın sədri İlham Əliyevin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndiriblər.
.jpg)
Şəhər sakini Sənan Musayev: "Son 23 ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda çox böyük dəyişikliklər olub. Hazırda Prezident İlham Əliyev də Ulu Öndərin apardığı uğurlu strategiyanı yüksələn xəttlə davam etdirir. Bu gün YAP uğurlu siyasət yerinə yetirir. Azərbaycanın indiki inkişafı göz önündədir. Ölkəmiz günü-gündən çiçəklənir. Arzu edərdim ki, bu uğurlu siyasət gələcəkdə daha da gücləndirilsin. Fəxr edirəm ki, mən bu ölkədə yaşayıram".
.jpg)
Şəhər sakini İsmayıl Cəfərov: "Ümumilikdə YAP-ın Azərbaycanda gördüyü işlər müsbət qiymətləndirilməlidir. Bu gün Azərbaycanda hər şey inkişafa doğru gedir və insanlar ölkədə firəvan şəraitdə yaşayırlar. Ölkənin sosial infrastrukturu, aparılan abadlıq-quruculuq işləri bizləri çox sevindirir. İnanıram ki, YAP bundan sonra öz siyasi xəttini bu minvalla davam etdirəcək. Vaxtilə ölkədə olan xaoslu vəziyyəti biz açıq-aşkar görmüşük. Məhz Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlətçiliyi inkişaf etdi və o xaoslu, pis vəziyyət geridə qaldı".
.jpg)
Şəhər sakini İman Hüseynoğlu: "Şükürlər olsun ki, bu gün Azərbaycanda və xüsusilə Bakıda görülən işlər göz oxşayır. Düşünürəm ki, bundan böyük xoşbəxtlik olmaz. Sevindirici haldır ki, mən qoca yaşımda bunları görürəm. Bu gün xalqımız sülh və əminamanlıq şəraitində yaşayır. Çalışaq ki, ölkəmizdə həmişə əminamanlıq olsun".
.jpg)
Şəhər sakini Şəfiqə Bayramova: "Düz 23 il bundan öncə ölkəmizdə xaoslu bir vəziyyət hökm sürürdü. YAP-ın yaranması bizim millətimiz üçün yenilik oldu. Hər kəs də bilir və bütün dünyaya da məlumdur ki, Azərbaycan getdikcə inkişaf edir və Avropa dövlətlərinə inteqrasiya edir. Sevindirici hal odur ki, ölkəmiz birincilər sırasında ola bilir. YAP yaranandan sonra çox böyük dünyamiqyaslı layihələrə imza atılıb. Bunun özü onu deməyə əsas verir ki, Azərbaycan böyük inkişaf yolundadır. Allah Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya can sağlığı versin".
.jpg)
Şəhər sakini Aydın Məmmədov: "Bu gün ölkənin inkişafı, görülən işlərin hamısı göz önündədir. Lakin 23 il bundan öncə Azərbaycanda çox çətin vəziyyət idi. Hətta insanlar adi çörək növbəsi belə gözləyirdi və iqtisadiyyatımız zəif idi. Hazırda çox şükürlər olsun ki, hər şeyi əldə etmək asanddır. Ölkədə elektron hökumət, sürətli internet və s. inkişaf edib. Həqiqətən də bu 23 ildə çox işlər olub. Ölkə Prezidenti İlham Əliyev də Azərbaycanda gedən prosesləri daha da dərindən analiz edir. Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, ilk Avropa Oyunları və s. uğurlarımıza nümunə kimi göstərə bilərik".
.jpg)
Şəhər sakini Teymur Göyçayev: "Əgər ölkədə sabitlik, gözəllik varsa, düşünürəm ki, partiyanın da əsas işi məhz bundan ibarətdir. Arzu edirəm ki, həmişə ölkəmizdə bugünkü kimi müdrik, gözəl bir siyasət aparılsın. Bu gün insanlarımızın da rifah halı çox yüksəkdir".
.jpg)
Şəhər sakini Tariyel Şirinov: "Hər şey çox gözəldir. Noyabrın 21-də qeydə olunacaq YAP-ın 23-cü ildönümü münasibətilə də hər kəsi təbrik edirəm".
.jpg)
Şəhər sakini Sənubər Əhmədzadə: "Əgər bugünkü gündə ölkəmizdə olan rifahı, inkişafı görürüksə nə yaxşı ki, YAP hakimiyyətdədir. Partiyanın uğurları birbaşa olaraq cənab Prezidentlə bağlıdır. Məhz buna görə də mən bundan qat-qat razıyam. Bu il mənim oğlum Kanadaya dövlət proqramı ilə təhsilini davam etdirməyə yollanıb. Bəlkə də bu, haçansa mənim üçün bir nağıl ola bilərdi. Amma sevindirici haldır ki, bu baş tutdu".
.jpg)
Şəhər sakini Solmaz Həsənova: "Bu gün ölkəmizdə görülən hər bir iş YAP-ın uğurlarının göstəricisidir. Respublikamızın bütün bölgələrində abadlıq işləri görülür. YAP-ın gördüyü bu işlərə görə onlar öz minnətdarlığımızı bildiririk. Çünki onlar xalqımız, gənclərimiz üçün xeyli yeniliklər həyata keçiriblər və keçirirlər də. Bu gün Azərbaycanın 20 faiz torpaqları ermənilər tərəfindən işğal altındadır. Ümid edirik ki, yaxın zamanlarda da torpaqlarımız geri qaytarılacaq. Beləcə bu, Azərbaycan xalqına böyük töhfə olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB