"Artıq Ermənistan rəhbərliyi öz məğlubiyyətlərini anladıqlarına görə, gec-tez atacaqları addımın anonsunu indidən verirlər". Bu fikirləri SİA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbyacanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib.
Ermənistanın Respublikaçılar partiyasından olan deputat Levon Martirosyanın "Qarabağı Azərbaycana qaytara bilərik" fikrini şərh edən B.Səfərov qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını qaytarmamaq kimi şansı yoxdur: "Gec-tez işğal altında olan torpaqlar düşmənlərdən təmizlənəcək. Levon Martirosyan öz sözünü demir və deyə də bilməz. Çünki Ermənistanda bir deputatın belə bir bəyanat verməsi heç də normal qarşılanmazdı. Görünür, onlar bununla özlərini məğlub durumda göstərmək istəmirlər. Ancaq fakt budur ki, Ermənistan iqtisadiyyatı iflic durumdadır, orduda fərarilik pik həddə çatıb, insanların sosial durumu çox ağırdır. Sarkisyan rejimi Ermənistanı elə bir çətinliyə salıb ki, bu ölkənin düzəlmə imkanları yoxdur, hansısa xarici amillərin hesabına günü-günə satmaqla dövlət yaşatmaq olmaz. Ermənilərdə vətən, torpaq anlayışı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB