"Bilirsiniz, partiya sədrinin özünə müavin və yaxud müşavir təyinetmə səlahiyyəti olduğu kimi, azadetmə səlahiyəti də var. Bu sədrə aid məsələ olduğundan şərh verməkdən uzağam". Sözügedən fikirləri SİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu təşkilat sədri Mirmahmud Mirəlioğlunun müavini Oqtay Gülalıyevi vəzifəsindən uzaqlaşdırmağına münasibətini bildirərkən deyib. O, bildirib ki, sədr müavinliyindən çıxarılmasına rəğmən, Oqtay Gülalıyev KXCP üzvü və partiyanın Ali Məclisinin üzvü kimi qalmaqdadır.
Xəzər Teyyublu Oqtay Gülalıyevin KXCP sıralarında qalıb-qalmayacağına nəticəli cavab verməyib: "Yəqin ki, bundan sonra da fəaliyyətini belə davam etdirəcək".
Xatirladaq ki, Oqtay Gülalıyevin KXCP sədrinin müavini postundan uzaqlaşdırılması onun Milli Şura üzvü olması ilə əlaqələndirilir. Belə ki, Mirmahmud Mirəlioğlu ona dəfələrlə Milli Şuranın sıralarından istefa verməsini tələb etsə də, o bu addımı atmayıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB