"Azərbaycan erməni əhalisinin təhlükəsizliyini təmin edə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Rüstəm Məmmədov deyib. O, erməni deputat Matrosyanın Dağlıq Qarabağın qaytarılması ilə bağlı verdiyi açıqlamanı şərh edib.
Ekspert bildirib ki, Azərbaycan bu sözləri müstəqillik qazandığı gündən bu günə qədər deyir: "Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev işğal olunmuş torpaqların geri qaytarılacağı təqdirdə Azərbaycanın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verdiyini dəfələrlə deyib. Biz bu təklifi illərdir ki, önə sürürük, lakin ermənilər bunu qəbul etmir, bu torpaqların öz əraziləri olduğunu iddia edirdilər".
Rüstəm Məmmədovun fikrincə artıq Ermənistan anlayır ki, bölgədə situasiya dəyişib və buna görə çox narahatdırlar: "Məhz bu narahatlığa görə, ermənilər bu tip bəyanatlar verməyə başlayıblar. Onlar anlayır ki, Dağlıq Qarabağ əvvəl axır Azərbaycana qayıdacaq. Bu zaman orada yaşayan ermənilərin vəziyyəti sual altında qalacaq. Bu tip bəyanatlar verməklə Dağlıq Qarabağda yerləşən erməni əhalisini qorumağa çalışırlar. Ermənistan öz xalqına verəcək yeri yoxdur. Buna görə də onlar özlərini qarantiya almaq istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB