ADR Hərakatı Müsavata çevrilə bilərmi? AÇIQLAMA

Ellada Məmmədli: “Bu barədə müzakirə aparmırıq”
ADR Hərakatı Müsavata çevrilə bilərmi? AÇIQLAMA

"Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaxın zamanda partiyaya çevrilməyəcək. Hələ Müsavat partiyasına heç çevrilmək niyyətində deyilik". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli deyib.

ADR sədr müavini bildirib ki, baxmayaraq Müsavat partiyasının böyük bir qismi hazırda ADR-də təmsil olunur amma Müsavat partiyasına alternativ Müsavat yaratmaq fikirndə deyilik: "Bizim hərəkatda belə bir təklif də yoxdur, müzakirə də aparmırıq. Çünki ADR Müsavata alternativ yaradılmayıb ki, indi də Müsavata alternativ partiya yaradaq. Hazırda başqalarından fərqli olaraq ADR Hərəkatı ölkədə baş verən bütün siyasi, iqtisadi və ictimai proseslərə öz münaasibətini bildirir, susqunluq nümayiş etdirmir. Bu baxımdan da hesab edirəm ki, öz fəaliyyətimizi ADR çərçivəsində göstərməliyik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə