Aydın Mirzəzadə: “G20”də ciddi qərarların qəbul edilməsi gözləniləndir” AÇIQLAMA
"Hesab edirəm ki, Türkiyənin Antalya şəhərində keçirilən "G20" sammiti terrorizmə qarşı mübarizədə vacib qərarlar qəbul etməlidir. O, artıq buna məcburdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, əgər əvvələr Avropanın aparıcı dövlətləri və ABŞ terrora hansısa ölkələrin problemi kimi baxırdılarsa, Fransadakı 13 noyabr hadisəsindən sonra bunun ümumbəşəri problem olduğunun artıq fərqinə vardılar: "Terrorizmə qarşı mübarizə bir ölkənin məsələsi deyil. Bu, ümumilikdə bütün dünyanın məsələsidir. Həmçinin terrorizmi doğuran səbəbləri ciddi surətdə araşdırmaq lazımdır. Məsələn, Fransadakı hadisənin səbəbi birbaşa Suriyada gedən müharibədir. Hətta Fransanın özündə belə qeyd edirlər ki, bunun qarşısını almaq çox çətindir. Bu baxımdan terrorizmə qarşı mübarizə ilə bağlı ciddi qərarların qəbul edilməsi gözləniləndir. Bu olmasa terrorizm dalğası daha da güclənməkdə davam edəcək. Vaxtilə Ermənistan Azərbaycana qarşı terror hadisələri törədəndə dünya buna susurdu. Avropa Ermənistanı nə Bakıda partladılan avtobus hadisələrinə, nə də Bakı metrosunda olan partlayışa görə qınamadı. Hətta bu, Avropanın kütləvi informasiya vasitələrində belə özünə yer tutmadı. O baxımdan Avropa artıq bu hadisələrə özünə böyük bir təhdid olan məsələ kimi baxmağa məcburdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB