Kanadanın baş naziri Justin Trudeau 1 yanvar 2016-cı ilə qədər 25 min suriyalı qaçqını Kanadaya qəbul edəcəyini söyləyib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, o bu fikirləri Türkiyənin Antalya əyalətinin Bələk kurort qəsəbəsində "Böyük İyirmilik" ölkələri liderlərinin sammitində çıxışı zamanı deyib.
Baş nazir sammitdə bildirib ki, Kanadanın iqtisadi inkişafında miqrantların da rolu böyük ola bilər: "Məhz bu səbəbdən biz plüralist bir siyasət meydana gətirməyə çalışaraq, sığınacaq axtaran şəxslər mövzusunu dünyaya zəiflik nöqtəsi olaraq deyil, güclü olduğumuz nöqtə olaraq göstərməyə çalışırıq. Biz fərqli perspektivləri olan insanları dinləməli, onların da təhlükəsizlik və sabitliyə töhfə vermələrinə fürsət tanımalıyıq. Buna görə də rəsmi Kanada olaraq belə bir addım atırıq. Onları əslində uğurlarımıza daxil etmək niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB