"Azərbaycan 20 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir". Bu sözləri SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Fransada baş verən terror hadisələrinə münasibət bildirərkən deyib.
Millət vəkili Fransa xalqına başsağlığı verib və Azərbaycanın da bu terroru yaşadığını bildirib: "Dünyada baş verən bu tipli terror aktları əslində Azərbaycana da tanışdır. Azərbaycan 20 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir.
Terror insanlarda gözlənilməz rezonans yaradır və xalq üçün çox dəhşətli bir faciədir. Bu faciə Fransada baş versə də bütün dünyada şok effekti yaratdı.
Terrora qarşı yalnız bir ölkə mübarizə aparmaq olmaz. Dünya birliyi terrora qarşı birgə mübarizə aparmalıdır. Bu bütün dünyanın birgə probleminə çevrilməlidir".
Məlahət İbrahimqızı bildirib ki, bu gün dünyanın bir çox ölkəsində terror aktları baş verir və bu ölkələrdən birinə də Türkiyəni misal gətirib: "Hazırda qardaş Türkiyədə də bu tipli terror halları tez-tez baş verir. Türkiyə dövləti neçə ildir ki, dünyanın bir çox dövlətlərini, təşkilatlarını terrora qarşı mübarizəyə səslənir.
Həmçinin Azərbaycan da erməni terrorundan neçə illərdir ki, əziyyət çəkir. Prezident İlham Əliyev dəfələrlə erməni işğalını, xalqımızın nə qədər əziyyət çəkdiyini, ermənilərin Azərbaycanda törətdikləri Xocalı soyqırımını beynəlxalq tribunalarda səsləndirib.
Məncə bu terror aktı axırıncı siqnal olmalıdır. Fransada baş verən bu terror dünya liderləri üçün bir çağırış olmalıdır. Dünya ölkələri bununla bağlı köklü mübarizəyə başlamalıdır. Çünki terror yalnız bir ölkənin yox, bütün dünyanın problemidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB