“Hər iki partiya arasında gərgin münasibətlər mövcuddur" AÇIQLAMA
"Arif Yunusun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavatın himayəsinə sığınması və o partiyaları özünə tərəf kimi seçməsi qeyri-mümkündür". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Aparat rəhbərinin sözlərinə görə, A.Yunusun həbsdə saxlanılması ilə onların havadarları Azərbaycana qarşı bu şəxsi təzyiq vasitəsi kimi istifadə edirdilər: "Arif Yunusun azadlıqda olması Azərbaycandakı ictimai-siyasi proseslərə o qədər də dəyişik bir təsir göstərmir. Onun AXCP və Müsavatın himayəsinə gəldikdə isə deyə bilərəm ki, hazırda hər iki partiya arasında çox gərgin münasibətlər mövcuddur. Hətta bu münasibətlər getdikcə də dərinləşməkdədir. Bu mənada Arif Yunusun o partiyaları özünə tərəf kimi seçməsi qeyri-mümkündür. Gərək o,iki partiya arasında seçim etsin. Düşünmürəm ki, Arif Yunus siyasi partiyalara yaxın gəlsin. Çünki o, öz potensialını həm Müsavatadan, həm də AXCP-dən daha üstün hesab edir. Əksinə Arif Yunus bu partiyaları öz arxasınca çəkmək istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB