MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib.

Daha sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Vurğun Əyyubun müraciətinə baxılmamalı və ərizə geri qaytarılmalıdır: "Çünki müraciət müddəti artıq bitib. Səsvermə nəticəsində müraciət geri qaytarılıb".

MSK-nın Ekspert qrupunun üzvləri müraciətlər haqqında fikirlərini bildiriblər.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə