Elman Məmmədov: “Rusiyalı politoloqun dedikləri çox müəmmalıdır” AÇIQLAMA
"Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin Türkiyə geosiyasətində Azərbaycanı Ermənistan kimi eyni çəkiyə malik olduğunu iddia etməsi çox müəmmalıdır". Bunu SİA-ya qeydə alınmış millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Aleksandr Duqinin söylədiyi fikirlərdə onun vətəndaşı olduğu ölkənin Ermənistana olan isti münasibəti özünü göstərib: "Mən onun fikirləri ilə heç cürə razı deyiləm. Çünki Türkiyə-Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri bir-birindən çox fərqlidir. Bunları eyniləşdirmək və Türkiyə siyasətində eyni çəkidə, nisbətdə göstərmək tamamilə yanlışdır. Onun nəyə əsaslanaraq belə deməsi çox müəmmalıdır və onun özü bilər".
Qeyd edək ki, Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın işğalçı siyasətinin alovlu tərəfdarı, politoloq Aleksandr Duqin Ermənistan mətbuatına müsahibəsində bildirib: "Ermənistanda çoxları hesab edir ki, Türkiyə Azərbaycanı bütövlükdə dəstəkləyir. Bu, belə deyil. Türk geosiyasətində Azərbaycan da Ermənistan kimi eyni çəkiyə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB