Politoloq: “Cənubi Qafqaz Rusiyanın təsir dairəsindədir” AÇIQLAMA

Politoloq: “Cənubi Qafqaz Rusiyanın təsir dairəsindədir” AÇIQLAMA

"Ümumiyyətlə Cənubi Qafqaz regionunda əsas hərbi geostrateji radiolakasiya sistemi Rusiyanın nəzarəti altındadır. Ermənistanla Rusiya arasında hərbi, mütəffiqlik əməkdaşlığı haqqında müqavilələr var". Bunu SİA-ya Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elçin Əhmədov deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfəri də onu göstərdi ki, Ermənistan rəsmi Moskva ilə hərbi sahədə əməkdaşlığı bir qədər də genişləndirəcək: "Son dövrlərdə Rusiyanın Ermənistanla olan münasibətləri təbii qarşılanmalıdır. Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə dolayı yolla olsa da, Rusiya bu müharibəyə sürüklənəcək. Çünki artıq Rusiyanın Ermənistanla birləşmiş regional HƏM (Hava əleyhinə müdafiə) sisteminin yaradılmasına dair razılaşması var. Bu gün Cənubi Qafqaz Rusiyanın təsiri dairəsindədir. Bu, tarixən də belə olub. Rusiya Cənubi Qafqaz regionunda keçmiş nəzarətini həmişə qoruyub saxlamaq istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə