Hafiz Hacıyev: “Arif Hacılı kimi satqının etdiyi hərəkətlər əbəs yerədir” AÇIQLAMA

Hafiz Hacıyev: “Arif Hacılı kimi satqının etdiyi hərəkətlər əbəs yerədir” AÇIQLAMA

"Müxalifətin atdığı addımların hər biri fiaskoya uğrayıb. Müsavat partiyasının başqanı Arif Hacılının milliyəti hər kəsə bəllidir". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün Arif Hacılı kimi bir satqının etdiyi bütün hərəkətlər əbəs yerədir: "Hələ vaxtilə o içib alkaşlıq edərək Milli Məclisdə ağzına gələni danışırdı. Məhz elə buna görədir ki, Müsavatda heç kim qalmayıb. Hazırda Müsavat deyilən bir partiya qalmayıb, əvəzində məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Orda qalanların partiyaya heç bir aidiyyəti yoxdur. Müsavatda Arif Hacılı və qardaşları, İsa Qəmbər və onun oğlu qalıb. Onlardan başqa partiyada kimsə yoxdur. Müsavat Partiyası deyilən bir partiya qalmayıb. Onlar orada siyasi bizneslərini qurublar. Azərbaycan cəmiyyətində gərək ləyaqətli insanlar siyasətlə məşğul olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə