MSK Elza Seyidcahanın şikayətini əsassız saydı

MSK Elza Seyidcahanın şikayətini əsassız saydı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahanın iki tərəfdarının müraciətinə baxıb. SİA-nın məlumatına görə, müracətdə həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

Bildirilib ki, MSK-nın ekspert qrupunun araşdırmaları nəticəsində müəyyən olub ki, müraciətin heç bir əsası yoxdur və həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı hal qeydə alınmayıb. Məhz bu səbəbdən müraciət əsassız hesab edilərək təmin edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə