Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, professorlar və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən geniş bəhs edərək, akademiyanın bütün heyətini 70 illik yubiley münasibətilə təbrik edib.
E.Qasımov qeyd edib ki, AMEA-nın ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin inkişafında müstəsna rolu var: "Azərbaycanda müstəqillik əldə edilən dövrdən bu günə kimi bütün sahələrdə canlanma müşahidə edildiyi kimi, elmdə də bir çox uğurlara imza atılıb, nailiyyətlər əldə edilib".
Elmar Qasımov onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişaf strategiyasının əsası qoyularaq, bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor həmçinin Akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs edib, AMEA-nın bütün üzvlərinə elmi fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzulayıb.
AMEA-nm vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli öz çıxışında BANM-in rəhbərliyinə Akademiyaya göstərdikləri xüsusi diqqətə və bu əlamətdar tədbirin keçirilməsinə görə öz təşəkkürünü bildirb. O, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elm və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının 70 il ərzində keçdiyi tarixi yolundan, inkişafından və əldə etdiyi uğurlardan ətraflı danışıb. Akademik İsa Həbibbəyli dövlət tərəfındən AMEA-ya göstərilən diqqət və qayğıdan məmnun olduqlarını dilə gətirərək, Ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına "Milli Elmlər Akademiyası" statusu verilməsi haqqında imzalanan tarixi Fərmanı xatırladıb. İ. Həbibbəyli bu Fərmanın AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaratdığını, Akademiyanın fəaliyyət dairəsinin genişləndirdiyini, elmin davamlı inkişafını təmin etdiyini qeyd edib.
Tədbirdə şıxış edən AMEA-nın digər üzvləri də Akademiyadakı çoxşaxəli fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat veriblər, yubliey tədbirinə görə BANM-in rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB