"Özünü beynəlxalq səviyyədə ciddi təşkilat hesab edən bir qurum imkan verməz ki, onun fəaliyyətinə kimsə təsir edə bilsin. Əgər bu məsələni Avropa Şurası Parlament Asambleyasının (AŞPA)nümayəndələrinin özləri etiraf edirsə bu heç də normal hal deyil". Bunu SİA-ya Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçi göndərməmək üçün ATƏT-in AŞPA-ya təzyiq göstərdiyi fikilərinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar hərdən kimlərinsə əlində oyuncağa çevrilir: "Bu isə həmin quruma olan inamı azaldır, nüfuzunu aşağı salır. ATƏT-in belə təşkilatlara təsir etmək istəməsinə gəlincə, əgər ATƏT təsir etmək imkanına malikdirsə Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışsın. Eyni zamanda ATƏT onu da nəzərə alsın ki, məhz ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılıb. Ancaq hazırda görünən mənzərə ondan ibarətdir ki, ATƏT-in işi problemlərin həll edilməsi deyil, hansısa lobbilərin maraqlarına xidmətdir. Hər kəsə məlumdur ki, ATƏT və bu kimi təşkilatlar sırf erməni lobbisinin sözçülərdir. Ona görə də hesab edirəm ki, onlardan müsbət nəticələr gözləməyə dəyməz. Onlar ölkəmizdə keçirilən seçkiləri müşahidə etsələr də, etməsələr də biz bütün dünyaya demokratiyanı, ədalətli və şəffaf seçkilərin keçirildiyini göstərdik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB