Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində komissiya sədri Məzahir Pənahov ölkəmizdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə 5-ci çağırış seçkilərin son nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
SİA-nın xəbərinə görə, o bildirib ki, ümumi göstəricilər odur ki, namizədlərin 21-i qadın, 104 nəfəri kişidir: "Qadınların bizim ictimai həyatımızdakı rolu bu rəqəmlərdən yüksəkdir. 69 nəfər Yeni Azərbaycan Partiyasının nümayəndəsidir. 124 ali təhsilli nümayəndə var. Biz bu və ya digər xoşagəlməz hallarla bağlı müşahidəçilərin bizə məlumat verməsini xahiş edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB