AŞPA Müşahidə Missiyasının rəhbəri razılıq etdi

“İndiyədək müsbət atmosfer müşahidə olunur”
AŞPA Müşahidə Missiyasının rəhbəri razılıq etdi

Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, səsvermənin gedişində indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq. Secki-2015.az saytı xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Cukla bildirib.

AŞPA müşahidə missiyasının sayının məhdud olduğunu qeyd edən J. Cukla deyib: "Biz yerlərdə vəziyyəti öyrənmək üçün gün ərzində Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənarda da bir neçə komandamız var. Biz ümumilikdə 32 müşahidəçidən ibarət komandayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə