Bu gün 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin səbail rayonun sakinləri ilə görüşüb. Tədbirdə 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev, namizədin səlahiyyətli nümayəndələri, rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev və Zəfər Bayramov iştirak ediblər.
Görüşdə rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hümmət oğlu Hacıyevin həyat və fəaliyyəti ilə bağlı Səbail sakinlərinə məlumat verib. M.Nağıyev bir daha dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyin daha da güclənməsi yolunda seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səsləyib.
Deputatlığa namizəd Şəməsəddin Hacıyev təbliğat-təşviqat kampaniyası müddətində böyük əhval-ruhiyyə ilə görüşlərə qatılan bütün Səbail rayon sakinlərinə təşəkkürünü bildiri və qeyd edib ki, bu görüşlərdə problemlərlə yaxından tanış oldum. Azərbaycanın uğurlu inkişafından danışan namizəd son 12 il ərzində dünyada iqtisadi artım templərinə görə ölkəmizin ən sürətlə inkişaf edənlər sırasında olduğunu söyləyib. Şəmsəddin Hacıyevin sözlərinə görə, müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Deputatlığa namizəd onu da vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir: "Bu gün Azərbaycan uğurlu inkişaf yolundadır. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Lakin bizim bu müstəqil uğurlu siyasətimizi qısqanclıqla qarşılayanlar öz əks təbliğatlarını aparırlar. Məqsəd Azərbaycanı zəif bir dövlət kimi görməklə yanaşı, həm də rəngli inqilab etmək istəyidir. Daha dəqiq desək, Azərbaycanı qərbin diqqtəsi ilə idarə olunan ölkəyə çevirməkdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarında da Ulu Öndər məsələ ilə bağlı dönə-dönə vurğulayıb ki, bu, dövlətimiz və xalqımıza qarşı böyük ədalətsizlikdir: "Əminəm ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir, Azərbaycan öz yolu ilə gedir, xalqımız öz taleyinin sahibidir"".
Şəmsəddin Hacıyev onu da vurğkladı ki, Müstəqil Azərbaycan qüdrətli olmasa xalqa arxalanmasıdır və xalqın da dövlətlə bir olmasıdır. Ölkə Prezidenti çıxışlarında da demişdir: "Müstəqillik bizim ən böyük sərvətimizdir. Bütün uğurlarımızın əsasında məhz bu amil dayanır. Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir, biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır".
Şəmsəddin Hacıyev, həmçinin YAP-ın uğurlarından danışaraq vurğulayıb ki, bu uğurlar həm də Azərbaycan xalqının uğurlarıdır. Bütün bu uğurların qazanılmasında ölkə Prezidenti İlham Əliyevin tükənməz zəhmətinin, qətiyyyətinin olduğunu bildirən namizəd qəsəbə sakinlərini qarşıdan gələn seçkilərdə fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Şəmsəddin Hacıyev ümidvar olduğunu bildirərək, görüşə sakinlərin hər birini keçirilən bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olmağa səsləyib.
Görüşdə YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əmindir: "Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının amalının "Yüksək hədəfə doğru" şüarın təbliğat-təşviqat kampaniyasında başlıca hədəf kimi seçilməsi partiyanın ali məramı, ülvi məqsədləri ilə bağlı olduğunu təsdiqləyir. Çünki Ümummilli Lider Heydər Əliyev ideyalarının tərənnümçüsü, alternativsiz siyasi təşkilat olan YAP Azərbaycan xalqının arzularının yeganə təminatçısıdır. Azərbaycan cəmiyyəti bu gün inkişafın ən yüksək mərhələsindədir və istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edə bilir.Ümumiyyətlə, həm lider, həm ideya və ideologiya baxımından YAP bütün mənalarda güclü partiyadır".
Təranə Kərimova müxalifətin iyrənc kampaniyasında düzgünlükdən, həqiqətdən başqa bütün alçaq əməllərə rast gəlmək olduğunu da vurğulayıb: "Parlament seçkiləri ərəfəsi ölkədə durum stabildir. Bu stabillik ondan ibarətdir ki, Azərbaycan günü-gündən inkişaf edir. Bu, Azərbaycanda keçirilən siyasətin nəticəsidir. Hər kəs seçki günü məntəqələrə gəlməlidir, güvəndiyi, dəstəklədiyi insana səs verməlidir. Bu seçim isə, təbii ki, Azərbaycanda hökm sürən Ulu Öndər Heydər Əliyev siyasəti və Onun yaratdığı Yeni Azərbaycan Partiyasıdır. Bu gün cənab Prezidentimiz İlham Əliyevin böyük iradəsi sayəsində YAP çoxlu uğurlara imza atıbdır. Müxalifət isə iyrənc oyunları ilə uğursuzluğa düçar olur və bu seçkidə də belə olacaq. İnarıram ki, Səbail seçiciləri bu seçkidədə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə insan həyatının təminatına, demokratik prosesin sürətlənməsinə səs vermiş olacaqlar".
Görüşdə çıxış edən sakinlər Şəmsəddin Hacıyeva seçkidə uğurlar arzulayaraq, seçki günün hamılıqla ona səs verəcəklərini dedilər.
Sonda sakinləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB