Yeni Azərbaycan Partiyası ilə inamlı qələbələrə doğru

YAP-ın namizədi Sevinc Fətəliyevanın Hövsan qəsəbə sakinləri ilə görüşü keçirilib
Yeni Azərbaycan Partiyası ilə inamlı qələbələrə doğru

23 oktyabrda Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı Suraxanı birinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan qəsəbə sakinlərilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov partiyanın qurucusu və yaradıcısı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident, YAP-ın Sədri Cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətdən və bu siyasətin nəticəsində ölkəmizdə əldə olunan nailiyyətlərdən danışıb. V.Seyidov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət insanların həyatına birbaşa nüfuz edərək, onların həyat səviyyəsinin yüksəlməsinə, maddi rifahının güclənməsinə gətirib çıxarır. Əhalidə optimizmi formalaşdırır.

V.Seyidov Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin apardığı siyasətin uğurları, bu uğurların xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır. Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyimizin inkişafına xidmət edib. Məhz bunun nəticəsidir ki, xalqımız bütün seçkilərdə partiyamızın namizədlərinə böyük etimad göstərir".

Sonra V.Seyidov YAP-ın namizədi Sevinc Fətəliyevanın həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, seçiciləri 1 noyabr tarixində məntəqələrə gələrək, əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi partiyanın namizədinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Sevinc Fətəliyeva ölkə başçısının reallaşdırdığı uğurlu layihələri, apardığı islahatlar nəticəsində ölkəmizdə olduğu kimi, Suraxanı rayonunda da böyük abadlıq və quruculuq işlərinə nail olunduğunu diqqətə çatdırıb. Əldə olunan nailiyyətlərin Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsi olduğunu, bu praqmatik siyasətin dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə önəldiyini qeyd edib.

S.Fətəliyeva bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasəti bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcək. Davamlı olaraq Azərbaycanı qarşıdakı illərdə də daha böyük uğurlar gözlədiyini bildirib.

S.Fətəliyeva seçicilərini bu amallar uğrunda dövlətə, xalqa xitmət edən YAP-ın namizədlərinə səs verməyə çağırdı. O, seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə, onların problemlərinin, fikir və təkliflərinin həllində yardımçı olacağını söyləyib.

Görüşdə qəsəbə sakinləri adından çıxış edən Şövkət Məmmədova, Şəmsi Gülverdiyev, Əjdər Səfiyev və başqaları Azərbaycan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyərək, 1 noyabr parlament seçkilərində Yeni Azərbaycan Prtiyasının namizədi Sevinc Fətəliyevaya səs verəcəklərini bildiriblər.

Daha sonra Sevinc Fətəliyeva Hövsan qəsəbəsində yerləşən qərargahında sakinləri qebul etmişdir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə