Milli Məclisin vəsaiti azaldıldı

Milli Məclisin vəsaiti azaldıldı

Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası müzakirə olunub. SİA-nın məlumatına görə, parlamentin işlər müdiri Firudin Hacıyev qeyd edib ki, Milli Məclisin 2016-cı ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək. Onun sözlərinə görə, bu, 2015-ci il ilə müqayisədə 1 milyon 61 min 189 manat azdır.

F.Hacıyev vurğulayıb ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, gərək xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat veriləydi: "Milli Məclisin işçiləri son illərdə 50 kvadrat metrdə üç növbədə nahar edirdilər. Çox sağ olsunlar ki, bunu nəzərə aldılar və yeməkxana tikilir. Avtomobillər Milli Məclisin həyətində sıxlıq yaradırdılar. Bunun üçün də avtodayanacaq inşa olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə