"Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Rusiyanın Suriya ərazisindəki hərbi fəaliyyətinə münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiyanın Suriyada apardığı hərbi fəaliyyət bir zamanlar Əfqanıstanla apardığı müharibə xeyli fərqlənir: "Suriya Rusiya üçün ikinci Əfqanıstan ola bilməz. Çünki Əfqanıstana edilən müdaxilə tamamilə fərqli məqsəd daşıyırdı. Sovet İmperiyası buradakı daxili faktorları nəzərə almamışdı. Nəticədə ABŞ daha çox yerli əşirətləri və eləcə də ideoloji qruplaşmaları dəstəkləməklə rusları oradan sıxışdıra bildi".
Politoloq qeyd edib ki, ki o zaman Əfqanıstan uğrunda Sovet-Qərb savaşı gedirdi: "İndi isə hər şey fərqlidir. Hazırda Rusiya özü konkret tərəf deyil. Burada artıq Suriyanın daxilindəki proseslər eləcə də İran amili nəzərə alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB