"Qərb və ABŞ-ın mövqeyi münaqişənin həllini uzadır" AÇIQLAMA

"Qərb və ABŞ-ın mövqeyi münaqişənin həllini uzadır" AÇIQLAMA

"ABŞ və Qərbin Ermənistanla bağlı mövqelərinin eyni olması Dağlıq Qarabağ probleminin həllini uzadır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, məhz elə bu səbəbdən də münaqişə həll olunmur: "Faktiki olaraq onların Dağlıq Qarabağla bağlı səsləndirdikləri fikirlər eynidir. . Bir də Ukrayna böhranına nəzər salaq. Bu məsələ Dağlıq Qarabağ münaqişəsi ilə demək olar ki, eynidir. Amma burada bir fərq var ki, o da nə Avropa, nə də ABŞ-ın Ukraynaya göstərdiyi münasibəti bizə göstərməməsidir. Onlar rəsmi Kiyevə məsələni hərb yolu ilə həll etməyi məsləhət görür, buna dəstək verir, hətta bunun üçün Ukraynaya köməklik də göstərirlər. Reallıq budur. Biz yenə də ikili standartlarla üzləşirik".

Fikrət Sadıqov bildirib ki, hazırda Azərbaycan öz gücünə, hərbi potensialına və siyasi iradəsinə güvənməlidir: "Nə Rusiya, nə ABŞ, nə də Avropa Birliyinə bu məsələ ilə bağlı güvənmək olmaz. Doğrudur, Dağlıq Qarabağ məsələsinin həlli bir çox hallarda Rusiyadan asılıdır. Bunu başa düşərək biz onlarla münasibətləri genişləndirməyə çalışırıq. Eyni zamanda Rusiya da anlayır ki, Azərbaycanla münasibətləri genişləndirmək və dərinləşdirmək, Ermənistanla olan münasibətlərindən daha faydalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə