Politoloq: “Belarusiya maliyyə məsələlərində Azərbaycandan asılıdır” AÇIQLAMA
"Belarusiyanın Ermənistandakı səfiri İqor Nazaruk bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində tək qalmayacaq. Hesab edirəm ki bu, siyasi diplomatik mövqeylə bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Sülhəddin Əkbər söyləyib.
Politoloq bildirib ki, Belarusiya həm Ermənistanla birlikdə MDB-nin, həm Avrasiya İttifaqının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu da onu göstərir ki, Ermənistan və Belarusiya müttəfiqdir. Ona görə də onların bu cür açıqlamaları normal qarşılamalıyıq. Onu da deyim ki, Azərbaycanın da Belarusiya ilə münasibətləri yaxşıdır. Ölkəmiz Belarusiyaya istər siyasi-diplomatik qapalı kanallarla, istərsə də açıq formada mesajlar verməlidir ki, əgər Belarus Azərbaycanla normal münasibətlər istəyirsə, o zaman bu konflikti yəni Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olduğunu nəzərə almalıdır. Əks halda bu Azərbaycan-Belarusiya münasibətlərinə də təsir edəcək. Çünki Belarusiya zaman-zaman maliyyə məsələlərində Azərbaycandan yardım alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB