Ehtiram Mehdiyev: “Əli Kərimlinin simasında partiya simasızlaşıb" AÇIQLAMA
"Əli Kərimlinin rəhbərlik etdiyi qanadın qurultay keçirməsi düzgun qərar deyildi. Bu addım ümumi olaraq müxalifətə ziyan vurdu. Əli Kərimli AXCP sədrliyindən kənara çəkilməli, partiyada gənclərə yol verməli idi. Çox təəssüf ki, bunu görə bilmədik". Bu fikirləri SİA-ya açıqlamasında eks-cəbhəçi, AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev deyib.
Onun sözlərinə görə, AXCP Etimad Qurultayı təşkilat komitəsinin Əli Kərimli adında problemi yoxdur: "Amma buna baxmayaraq qarşı tərəf fərqli düşünür. Bu adam on illərlə partiya sədri qala bilməz. Bu heç də yaxşı nümunə deyil. Siyasi ambisya, partiya daxili diktatura, bütləşmə, şəxsiyyətə pərəstiş və demokratiya azlığı Əli Kərimlinin timsalında buna imkan vermədi ki, partiya bir olsun. Əli Kərimli partiyanı sözün həqiqi mənasında böldü. Ona görə də hesab edirəm ki, AXCP-nin sonu çatıb. Bu adamın simasında artıq partiya simasızlaşıb".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB