Tamerlan Vahabov: “Ermənistanın siyasi rejimi tab gətirməyəcək” AÇIQLAMA
"Ümumiyyətlə Ermənistan dəfələrlə belə bir görüşlər keçirib. Bu görüşlər həm xarici işlər nazirləri, həm də dövlət başçıları səviyyəsində təşkil olunub. Amma təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyini nümayiş etdirməyə davam edir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.
Beynəlxalq ekspertin sözlərinə görə, nazirlər səviyyəsində keçirilən görüşlərin xeyri var: "Yəniki bu görüşlər hansısa divident verə bilər. Azərbaycan öz iqtisadi və hərbi gücünü daha da möhkəmləndirməlidir. Təbii ki, bu istiqamətdə də işlər gedir. Yalnız belə bir halda rəsmi İrəvanın nə iqtisadiyyatı, nə də siyasi rejimi buna tab gətirməyəcək. Çünki beynəlxalq münasibətlərdə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi güc faktoru çox vacib məsələdir. Ona görə də biz bundan istifadə etməliyik".
T. Vahabov əlavə edib ki, bu gücün mövcud olması Ermənistanın gələcəkdə öz fikirlərindən daşınmasına gətirib çıxaracaq: "Ola bilsin ki, nazirlərin görüşündən sonra dövlət başçıları səviyyəsində də görüş baş tutsun. Çünki bu normal təcrübədir. Vaxtaşırı olaraq Azərbaycan və Ermənistan prezidentləri görüşürlər və müxtəlif istiqamətlərə dair məsələləri müzakirə edirlər. Amma hər şey xarici işlər nazirləri arasında olan görüşün kontekstindən asılı olacaq. Əgər Ermənistan prezidenti hansısa konstruktiv addımlar atsa, prezidentlərin görüşü üçün əlverişli zəmin yarana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB