ATƏT-in Minsk qrupu Azərbaycanı yeni mexanizm qəbul etməyə çağırıb
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endriu (Fransa) Azərbaycan və Ermənistan prezidentlərini atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə yeni mexanizm qəbul etməyə çağırıb.
SİA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirilən görüşdə sərhəd xəttində gərginliyin azaldılması, danışıqların inkişaf etdirilməsi və etimad tədbirlərinin həyata keçirilməsi üzrə müzakirələr aparılıb.
Həmsədrlərin fikrincə tezliklə belə bir mexanizm qəbul olunmasa tərəflər ölümlə nəticələnən hücumlarda bir-birini günahlandırmağa davam edəcək.
Onlar son 24 saat ərzində insan ölümü ilə nəticələnən artilleriya vasitələrinin tətbiqini qınayıblar və mərhumların ailələrinə başsağlığı diləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB