"Sizi humanizm, xeyirxahlıq və mərhəmət duyğularının rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram". SİA xəbər verir ki, bayram təbrikini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı sosial şəbəkədəki şəxsi hesabında paylaşıb.
Mübariz Qurbanlı qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər əldə edən müstəqil respublikamızda hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramı xalqımızın öz tarixi kökünə və milli dəyərlərinə sıx bağlılığını nümayiş etdirir, eyni zamanda cəmiyyətimizdə mənəvi həmrəyliyi, tolerant və multikultural ənənələri daha da gücləndirir: "İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının Sizə və ailənizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət gətirməsini, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayıram".
Bayramınız mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB