Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alınıb

Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın deputatlığa namizədliyi rəsmən qeydə alınıb. SİA-nın xəbərinə görə, Mehriban Əliyevanın deputatlığa namizədliyi 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının adı çəkilən seçki dairəsindən vahid namizədidir. Birinci xanım hazırda da bu dairəni təmsil edir.

Qeyd edək ki, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə