"Bu gün ABŞ-dakı ermənilər ruhlanıblar. Onları kimlərin ruhlandırması isə məlum deyil". SİA-nın məlumatına görə, bunu Siyasi və İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi "Qarabağ saatı"nda çıxışı zamanı deyib.
Politoloqun sözlərinə görə, Ermənistan İran dövlətinə arxayındır: "Amma bu əbəs yerədir. Bu gün Avropanın özü acından ölür. Miqrantlarla bağlı Avropanın sərgilədiyi hərəkəti hər kəs görür və bilir. Amma onlar Azərbaycanda insan hüquqlarının, demokratiyanın olmamasından dəm vururlar".
Mərkəz sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, bu gün Azərbaycan Prezidenti çox uğurlu siyasət aparır: "Məmurlardan arzum odur ki, dövlət başçısının verdiyi qərarların icrasını gecikdirməsinlər. Bu gün İranla Azərbaycanın iqtisadi dövriyyəsi artıb. İran Avropaya qazını hissə-hissə çıxarmalıdır. İran qazının Avropaya çıxarılmasında Azərbaycan alternativsizdir. Ermənistan isə hər şeydən təcrid olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB