Politoloq: ”Rusiya Ukraynanı unutdurmağa çalışır" AÇIQLAMA

Politoloq: ”Rusiya Ukraynanı unutdurmağa çalışır" AÇIQLAMA

"Rusiya Birləşmiş Millətlər Təşkilatında (BMT) veto hüququndan məhrum edilmək üzrədir. Artıq 67 ölkə Rusiyanın konfliktlər zamanı xüsusi vəziyyətin yaranması şəraitində qəbul olunmuş qərarlara veto qoymaq hüququnun əlindən alınması təklifini dəstəkləyib". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Malayziyaya məxsus təyyarənin vurulmasını araşdırmaq üçün xüsusi kommisiyanın yaranmasını əngəlləyən Rusiya hakimiyyəti bu addımdan sonra BMT-nin Baş Assambleyasında bütün etibarını itirmiş oldu: "Beynəlxalq təşkilatların Rusiyaya qarşı sanksiyaların daha güclənəcəyi gözləniləndir. Ukraynaya təcavüzü unutdurmaq üçün Putin Suriyada vəziyyəti daha da gərginləşdirməyə yönəlik addımlar atır. Rusiyaya məxsus hərbi biləşmələrin və texnikaların Bəşər Əsədə dəstək üçün Suriyada peyda olması vəziyyəti bir az da ciddiləşdirir. Putin Suriyadan qaçan insanların Avropaya axdığını gördükdə bu prosesi daha da sürətləndirməklə Avropanın başını qataraq Ukraynanı unutdurmağa çalışır. Lakin onlara da qoca avropalılar deyərlər. Rusiya hakimiyyəti bunun bədəlini çox ağır ödəyəcək. Rusiyanı yaxın bilərək taleyimizi onlarla bağlamaq istəyənlər isə öncə Azərbaycanı düşünməlidir. Cəhənnəmə gedənlə yoldaş olmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə