“Avropada nə demokratiya, nə də sabitlik var” AÇIQLAMA

“Avropada nə demokratiya, nə də sabitlik var” AÇIQLAMA

"Bu, tək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) addımı deyil, ümumiyyətlə Avropa siyasətçilərinin addımıdır". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva ATƏT DTİHB-nin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu kimi addımlar həmçinin Avropa Parlamentinin Azərbaycana qarşı sərgilədiyi qərəzin nəticələridir: "Təəssüflər olsun ki, biz sözügüdən büro ilə çox uzun illərdir əməkdaşlıq edirdik. Hətta onların özləri görürdü ki, Azərbaycanda necə inkişaf edir. Ölkəmizdə gedən inkişafı görsələ də, görməməzlikdən gəlirlər. Çünki onlar Azərbaycana qərəzli münasibət sərgiləyirlər. Təbii ki, bu da ölkəmizin müstəqil siyasət aparması ilə bağlıdır. Avropa özlərinəməxsus "inqilabçı demokratiyanın" hər yerdə yayılmasının tərəfdarıdır. Düşünülmüş, amma çox savadsız aparılan siyasət onların xeyli sayda ölkələrin dağıtmasına gətirib çıxarıb. Bu ölkədə nə demokratiya, nə də sabitlik var. Avropa ölkələri iqtisadi baxımdan Azərbaycanın onlar üçün vacib ölkə olduğunu düşünməlidirlər" .

Bütün xəbərlər Facebook səhifəmizdə