Məzahir Pənahov: “508 nəfərin namizədliyi təsdiq olunub” AÇIQLAMA

Məzahir Pənahov: “508 nəfərin namizədliyi təsdiq olunub” AÇIQLAMA

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, ilk öncə MSK-nın 12 sentyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib, daha sonra isə noyabrın 1-də parlament seçkilərində iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

"Azadlıq-2015" seçki blokundan 17, Azərbaycan Demokratik İslahatlar Partiyasından (DİP) 1 səlahiyyətli nümayəndə qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, parlament seçkilərində iştirak etmək üçün seçki dairələrinə 665 nəfər artıq müraciət edib: "Onlardan 338 nəfərin namizədliyini partiyalar, 25 nəfəri seçki bloku, 3 nəfəri təşəbbüs qrupu irəli sürüb. 300 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Namizədliklərini irəli sürən şəxslərdən 508 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 399 nəfərə isə imza vərəqi verilib. Seçkiləri izləmək üçün 96 nəfər müşahidəçi müraciət edib, onlardan 86-nın namizədliyi öz təşəbbüsü, 9 nəfəri isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb".

Sonda cari məsələlər müzakirə edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə