Elman Məmmədov: “Avropa özgəsinin gözündə tük axtarır” AÇIQLAMA
"Avropa Parlamentinin Azərbaycana qərəz nümayiş etdirməkdə əsas məqsədi ölkəmizə şər-böhtan atmaqla Azərbaycana təzyiq göstərməkdir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Avropa Parlamentinin Azərbaycanla bağlı dərc etdiyi qərəzli "qətnamə"yə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, onlar Azərbaycana qarşı təzyiq göstərməklə nəyəsə əldə etmək fikrindədirlər: "Uzun müddətdir ki, bu davam edir və bütün cəhdləri də puça çıxır. Çünki Azərbaycanın atdığı hər bir addım qanunauyğundur və ölkəmiz demokratik yoldadır. Azərbaycanda bütün insan azadlıqları, hüquqları ən yüksək səviyyədə qurulur. Bu gün Avropa Parlamenti kor gözlərini açıb, Avropada baş verənlərə baxsın. Bu gün dünyada insan hüquqlarının ən çox pozulduğu yer Avropadır. Avropanın özünün əməlləri, iyrənc şeytanlıqları nəticəsində bütün dünyada, xüsusilə Yaxın Şərqdə, Ərəb dünyasında, Afrika ölkələrində münaqişə və müharibə ocaqlarına gətirib çıxarıb. Onların bu əməlləri kütləvi qaçqın, miqrant axının yaranmasına səbəb olub. Bəs bunlar hara üz tuturlar? Kimlər günahkardısa onların ölkələrinə üz tuturlar. Bu müharibələri, münaqişələri, aclıqları və fəlakətləri sizlər yaratmısınız".
E. Məmmədov bildirib ki, bu gün Avropa Parlamenti özünün iyrənc əməlləri ilə nəyəsə nail olmaq istəyir ancaq Avropada baş verən insan hüquqlarının, demokratiyanın pozulmasına, irqi ayrı-seçkiliyə, dini dözümsüzlüyə, qeyri-xristianlara qarşı olan münasibətə qarşı bir tədbir görməlidir: "Avropa Parlamenti deyir ki, Azərbaycanda jurnalistlər həbs olunur. Azərbaycanda jurnalist peşəsi fəaliyyətinə görə heç kim həbs olunmayıb. Əgər onlar bunu deməklə Leyla Yunusları, Xədicə İsmayılovanı nəzərdə tutursa, onlar jurnalist fəaliyyətinə görə həbs olunmayıblar. Onlar sırf Azərbaycan qanunlarını pozduqlarına, iqtisadi, siyasi və digər sahələrdə etdikləri cinayətlərə görə həbs olunublar".
Millət vəkili əlavə edib ki, Avropa Parlamentinin hərəkətləri birbaşa qanuna və hüquqa ziddi hərəkətlərdir: "Biz həmişə deyirik ki, məhkəmə hakimiyyəti toxunulmazdır və onun işinə qarışmaq olmaz. Bəs, Avropa Parlamenti nə deyir? Avropa parlamenti tələb edir ki, məhkəmə qərarı ilə həbs olunmuş insanlar azadlığa buraxılmalıdır. Avropa hüququ, demokratiyası, söz azadığı budur? Bu, həmin dəyərlərin pozulmasıdır. Bu gün Avropa həmin dəyərlərin pozulmasında irəlidə gedir və liderlik edir. Avropa öz gözündə tiri seçmir, amma özgəsinin gözündə tük axtarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB