Vitse-spiker İtaliya parlamentinin nümayəndə heyəti ilə görüşüb
Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən məlumata görə, qonaqları salamlayan V. Ələsgərov ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-İtaliya əlaqələrindən, parlamentlərarası münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan müxtəlif xalqların bərabərhüquqlu şəraitdə yaşadığı tolerant ölkədir.
Sədr müavini diqqətə çatdırıb ki, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının böyük rolu var. İki ölkə arasında əlaqələrin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır.
V. Ələsgərov qonaqlara Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal iqtisadi layihələr barədə məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan Avropa ölkələrinin qaz təminatını ödəməkdə önəmli rola malikdir. Azərbaycanın İtaliya ilə ticari əlaqələri Avropa ölkələri arasında birinci yerdədir.
Söhbət zamanı vitse-spiker qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.
Səmimi fikirlər üçün təşəkkürünü bildirən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divina Azərbaycanda şahidi olduqları inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirib. Qeyd edib ki, bu səfər Azərbaycanı daha yaxından tanımağa imkan verəcək və münasibətlərimizin inkişafına təkan olacaq.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB