Bir çox ölkələrlə viza sadələşdiriləcək AÇIQLAMA

Bir çox ölkələrlə viza sadələşdiriləcək AÇIQLAMA

"Xarici İşlər naziri Elmar Məmmədyarovun San-Marino Respublikasının xarici və siyasi işlər üzrə dövlət katibi Paskal Valentini ilə görüşü zamanı əldə olunmuş saziş Milli Məclisin iştirakı ilə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun şəkildə ratifikasiya olunduqdan sonra həyata keçiriləcək". Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O bildirib ki, "Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" imzalanan sənəd hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq, qanunverici orqanlar tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Hikmət Hacıyev qeyd edib ki, diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqda bir çox dövlətlərlə saziş bağlanması nəzərdə tutulub: "Yaxında bu dövlətlərlə də müəyyən mövzuda saziş bağlana bilər".

Qeyd edək ki, Milli Məclisin fevralın 3-də keçirilən iclasında Azərbaycanla Peru arasındakı diplomatik və xidməti, xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqda saziş ratifikasiya edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə