"Seçkilərlə bağlı Aİ-də bəyanatların mətni artıq hazırdır"

"Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

"Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb"- deyə, PA rəsmisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə