Emin Həsənli: “Ermənistan dünya tərəfindən ifşa olunacaq” AÇIQLAMA
"Ermənistan müstəqil dövlət deyil. Bir tərəfdən Rusiyadan, digər tərəfdən də Qərbdən, diasporadan asılıdır". Bu sözləri SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Ermənilərin ruslar tərəfindən bölgəyə gətirildiyini deyən ekspert vurğulayıb ki, daha sonra ermənilər digər ölkələrə arxalanaraq bölgədə işğalçılıq siyasəti aparıblar: "İşğalçı ölkə yeritdiyi siyasətində həm Amerikadan, həm Qərbdən, həm də Rusiyadan dəstək alıb. Onlar heç vaxt özlərinə arxalanmayıblar. Onları tarix boyu ruslar Hindistandan, İrandan, Türkiyədən köçürüb bu ərazilərə gətirib. Ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində, Gülüstan, Türkmənçay müqavilələrindən sonra gəliblər. Qafqaz torpaqları onlar üçün yaddır. Tarix boyu hansı ölkə güclü olubsa, onun tərəfinə keçiblər. Rusiya güclü olubsa onların, Osmanlı güclü olduğu zaman Türklərin, daha sonra ingilislərin tərəfinə keçiblər. İndi də bu siyasətlərini davam etdirirlər. Ancaq hazırda bir fərq var. Həmin dövrlərdə müstəqil Azərbaycan dövləti, ordusu olmayıb. Müstəqil siyasət yeridə bilmədiyimiz üçün onlar bundan istifadə edərək Azərbaycan torpaqlarını işğal ediblər. Ermənilər digər dövlətlərin gücünə arxalanaraq, onların quluna çevrilib, Qafqazda maraqlarını həyata keçirərək Azərbaycana qarşı işğalçılıq siyasəti aparıblar. Amma hazırda vəziyyət dəyişib. Azərbaycan müstəqil dövlətdir, onun güclü ordusu, xarici siyasəti və iqtisadiyyatı var. Ermənistan artıq bizim qarşımızda tab gətirə bilməz. Onun xəyal etdiyi "böyük Ermənistan" xülyası isə məhv olub. Hətta kiçik Ermənistanın mövcudluğu belə sual altındadır".
Emin Həsənli bildirib ki, ermənilərin arxalandıqları böyük güclər heç bir vaxt onlara müsbət nəsə verməyəcək: "Onların yaxşı yaşamaqlarının yolu qonşu dövlətlərlə normal siyasət yürütməkdən keçir. Onlar Azərbaycana möhtac olacaqlar. Ermənistan qonşularının ərazilərinə göz dikərsə, özünün mövcudluğu sual altında qalacaq. Onların hansı yönümlü olması, siyasətlərinə heç bir nəticə verməyəcək. Ermənistan 100 ildən artıqdır ki, Türkiyə və Azərbaycanla normal münasibət saxlaya bilmir. Qafqaza gəldikləri gündən burada xəyanətkar mövqe tutublar. Onlar gec-tez dünya tərəfindən ifşa olunacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB