Parlament seçkilərinə hazırlıqla əlaqədar bu gün Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının konfrans zalında seçki qərargahı üzvlərinin iştirakı ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri YAP Astara rayon təşkilatının sədri F. Əhmədov açıb.
O bildirib ki, bu il keçiriləcək parlament seçkiləri də əvvəlki seçkilərdə olduğu kimi yüksək səviyyədə keçiriləcək və xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu çox böyük uğurla həyata keçirən, ölkəmizin xoşbəxt və firavan gələcəyinin təminatçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB