Məlum olduğu kimi, bu il noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi, parlament seçkilərində də yüksək fəallıqla təmsil olunmağı qarşıya məqsəd qoyub.
Elə bu səbəbdəndir ki, YAP Mərkəzi Seçki Qərargahının (MSQ) yerli şəhər və rayon şöbələri də aktiv fəaliyyətə başlayıblar. Belə qurumlardan biri YAP Mərkəzi Seçki Qərargahının Lerik rayon şöbəsidir. MSQ-nın Lerik rayon şöbəsinin iclasında görüləcək işlər müəyyənləşdirilib. Bildirilib ki, MSQ-nın Lerik rayon şöbəsinin tərkibinə rayonda kifayət qədər nüfuzu olan ziyalılar və ötən illərdə seçkilərdə təcrübə toplamış insanlar, həmçinin partiya fəalları daxildir. Onlar arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətləri ilə bağlı geniş tədbirlər planı hazırlanıb. Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi işi davam etdirilir. Uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri YAP rayon təşkilatı fəallarının işinin və koordinasiyasının təşkilidir. Bundan başqa, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulur.
Lerik rayonu ərazisində 1 seçki dairəsi üzrə 108 seçki məntəqəsi mövcuddur ki, bu məntəqələrdə 30093 seçicinin iştirakı gözlənilir. Onlardan isə 600-dən çoxu ilk dəfə səs verəcək. Seçicilərlə işin yüksək səviyyədə təşkil olunması üçün çoxsaylı partiya fəalları səfərbər olunacaq. Bundan başqa, dairə və məntəqə seçki komissiyalarında partiya fəalları məşvərətçi və müşahidəçi qismində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB