Almanniyanın "DPA" xəbər agentliyi və "Welt" qəzeti Slovakiya, Çex Respublikası, Polşa və Bolqarıstanın sığınacaq axtaran şəxsləri qəbul edərkən "xristian" meyarı tətbiq edildiyini və müsəlman immiqrantları qəbul etməyəcəkləri xəbərlərini gündəmə gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yayılan xəbərlərdə Çex Respublikasının 70, Polşanın 50 xristian qəbul edəcəyi, Bolqarıstanın isə əhalinin demoqrafik quruluşunu dəyişməmək məqsədilə müsəlman qaçqın qəbul etməyəcəyi məlumatları yayılıb. Qeyri-qanuni köçün məskəninə çevrilən Macarıstanda isə xüsusilə müsəlman immiqrantlarla bağlı ayrı-seçkilik sərgiləyən yazıların nəşr edilməsi ölkədəki İslami təşkilatların reaksiyasına səbəb olub. Macarıstana gələn müsəlman qaçqınlar yerli media tərəfindən terrorist adlandırılır. Bu isə Macarıstan İslam Cəmiyyəti başçısı Zoltan Boleki də narahat edib. O Macarıstan mediasını islam düşməni adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB