KİV-lər, QHT-lər və Gənclər təşkilatları seçkilərdə necə iştirak edəcəklər?
Ölkəmiz növbəti parlament seçkiləri ərəfəsindədir. Azərbaycan mətbuatı bu seçkilərdə necə iştirak etmək fikirindədir?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, qəzetlər ilk öncə MSK-ya müraciət etməlidir ki, bu seçki proseslərini işıqlandırmaq üçün icazə versin: "Yəni onların veb səhifələrində seçki prosesini işıqlandıracaq qəzetlərin siyahısını dərc olunur və seçkiyə qatılan namizədlər, partiyalar və ayrı-ayrı bloklar məhz seçki prosesinə qatılacaq qəzetlərlə əməkdaşlıq qururlar. Bir mənalı şəkildə demək olar ki, Azərbaycan mətbuatı parlament seçkilərini obyektiv işıqlandıracaq. Ümumiyyətlə, ölkənin ictimai həyatı və gələcəyi üçün parlament seçkilərinin çox böyük önəmi və rolu var. Bu seçki prosesində biz qanunlar çərçivəsində və eyni zamanda namizədlərlə təblığat materiallarını yerləşdirməklə bu proseslərə qatılaraq iştirak etmək fikirindəyik".
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov isə öz açıalamasında bildirib ki, vətəndaş cəmiyyətinin əsas hissəsi olan QHT-lər hər zaman ölkənin ictimai siyasi həyatında aktiv iştirak ediblər. O cümlədən də, ölkədə keçirilən bütün seçkilərdə fəallıqları ilə seçiliblər: "Ümumiyyətlə, Vətəndaş Cəmiyyətinin görməli olduğu işlərdən biridə ölkədə baş verən siyasi proseslərdə aktiv iştirak etməkdən ibarətdir. QHT-lər dövlətin həyatında xüsusi rolu olan seçkilərdə əsasən də parlament seçkilərində aktiv olmalıdırlar. Bir sözlə, dövlətin ümumi mənafeylərinə zərər verməyəcək şəkildə fəaliyyət göstərməlidirlər. Yəni xarici qüvvələrin Azərbaycan dövləti ilə bağlı mənfur olmamalıdırlar. Ümid edirik ki, QHT-lər parlament seçkilərində də aktiv şəkildə iştirak edəcəkdir".
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov verdiyi açıqlamasında bildirdi ki, bütün seçkilərdə olduğu kimi bu parlament seçkilərində də Azərbaycan gəncliyi aktiv şəkildə iştirak edəcək: "Çünki gənclər cəmiyyətin dinamik qüvvəsidir və daima proseslərin öndə getməsinə çalışır. Təbii ki, biz bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də tam demokratik və şəffaf şəkildə keçiriləcək. Bu seçkilər Azərbaycanın növbəti demokratik mərhələdə qazandığı uğurunun göstəricisi olacaq. Ümumiyyətlə, seçkilər hər bir ölkənin taleyində böyük rol oynayır. Bu seçkilərdə Azərbaycan xalqının xüsusilədə Azərbaycan gəncliyinin doğru seçim edəcəyinə inanırıq".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB