Ellada Məmmədli: “Düşünürük ki, məsələyə hüquqi qiymət veriləcək” MÜNASİBƏT
"Məhkəmə olmadan fikir bildirməyim doğru deyil. Hər şey məhkəmənin qərarından asılıdır." Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) funksioneri Ellada Məmmədli təmsil olunduğu hərəkat rəhbərliyinin Müsavat Partiyasını məhkəməyə verməsinə münasibətini bildirərkən deyib.
ADR rəsmisi həmçinin bildirib ki, ictimai rəydə Müsavat Partiyasının qurultayının ləğvi ətrafıında müəyyən fikirlər ola bilər. Ancaq rəsmi məlumat olmadığı üçün, yalnız ehtimallar barədə danışıla bilər: "Bu baxımdan, hadisələri qabaqlayaraq, rəsmi nə isə demək olmaz. Düşünürük ki, məsələyə hüquqi qiymətin veriləcəyini düşünürük".
Qeyd edək ki, məhkəmə ADR-in şikayəti əsasında Müsavat Partiyasının keçirdiyi qurultayın nəticələrinin tanınmaması istiqamətiində verdiyi ərizəsi icraata götürüb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB